Dünyada analoqu olmayan müalicəvi möcüzə -Naftalan nefti

   Naftalan nefti sümük-oynaq əzələ sistemi xəstəlikləri,periferik sinir xəstəlikləri,periferik damar xəstəlikləri,dəri xəstəlikləri ,ginekoloji xəstəliklər,xroniki prostatit başlığı altında 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur.

Bəs nədir Naftalan nefti?

 Rəvayətə görə Qərbdən Şərqə gedən dəvə karvanı qədim Azərbaycan torpaqlarından keçirdi.Karvanın içərisində xəstə bir dəvə var idi.Karvan sahibi dəvəni sağaltmaq  üçün nə etsədə kar etmədi.Karvan sahibi yağlı göllər olan bir ərazidən keçəndə xəstə dəvəni açdı ki belə əziyyət çəkməyindənsə bu göllərdə boğulub ölməyi yaxşıdı.Dəvə karvandan açılan kimi sahibini anlamış kimi özünü bu göllərdən birinə saldı.

  Aradan xeyli vaxt keçdi.Dəvə karvanı geri qayıdırdı.Həmin bu yerdən keçəndə sahibi burda qoyub getdiyi dəvəni tanıdı.Dəvə sağalmışdı.Tacirlər dəvənin gölə çıxıb girərək sağaldığını görəndə həmin göldəki yağdan öz yaralarına çəkdilər.Yaraların sağaldığını görən tacirlər bu yağları qablara doldurub öz vətənlərinə daşıdılar.

  Neftə oxşayan bu yağa və çıxdığı əraziyə beləliklə "Naftalan" yəni "neft olan sahə" adını verdilər.

  Hələ çox qədim zamanlardan kəşf edilmiş naftalan nefti haqqında məlumatlara Nizami Gəncəvinin,məşhur səyyah Marko Polonun əsərlərində də rast gəlinir.İlk     Naftalan quyuları isə alman mühəndisi Yeger tərəfindən 1887-ci ildə qazılmışdır.O Almaniyada zavod quraraq "Naftalan" məlhəmini istehsal etmişdir.Bir çox     ölkələrə Fransa,İngiltərə ,Yaponiya,Avstriya kimi ölkələrə ixrac etmişdir.

Məşhur alman dermatoloqu P.P.Unna 1903-ci ildə demişdir :" Kim Naftalana malikdirsə onun hər şeyi var" 

Naftalan nefti sona qədər müəyyən edilməmiş mürəkkəb kimyəvi tərkibə malikdir.Tərkibində olan əsas təsiredici maddələr politsiklik naften karbohidrogenləridir.

Hazırda Naftalanda sanatoriyalar minlərlə xəstələrə şəfa verir.Lakin hər kəsin sanatoriyada müalicə üçün fürsəti olmaya bilər.Odur ki  bu sahədə “Nafta-Oil Group” MMC Naftalan neftini yeni bir səviyyəyə çatdirib insan sağlamlığını öncül tutaraq işə başlamışdır."Öz xammalımız, öz əməyimiz və öz məhsulumuz" şüarı ilə böyük tarixi təbabət elmimizə söykənən, Naftalan nefti tərkibli yeni innovativ formullu kremlər, şampunlar, yağlar, losyonlar və digər məhsulları hazırlamışdır. Və mütəxəssislər hazırda da böyük səylə və əzmkarlıqla yeni çeşidli və keyfiyyətli məhsullar üzərində səylə çalışır.Nafta-Oil Group naftalan neftinin imkanlarını artıq hər kəs üçün əlçatan etmişdir.

 

 

 

Çox oxunanalar