Xəstəliklərin 13%-i maqnezium çatışmazlığından yaranır.Bəs maqnezium preparatını düzgün seçirik?

 Orqanizmdə maqnezium azlığı yaranarsa insan əsəbi,orientasiyası pozulmuş,zehni yorğun ,iştahsız,depressiv hissedir.Əzələlərdə qıcolmalar yaranır,ürək ritmi pozulur.Gündəlik həyatda sağlam qidalansaq yemək və mineral sularla orqanizm özünə lazım olan Mg-u təmin edir.Stresli olduqda,hamiləlik,laktasiya zamanı,idmanla məşğul olduqda,xəstəliklərdən sonra sağalma dövründə,alkoqol ,siqaretdən istifadə etdikdə maqneziuma olan tələbat artır.Həkimlər migren ,insomnia-yuxusuzluq  zamanı da Mg təyin edir.

Mg orqanizmdə 300-dən artıq biokimyəvi reaksiyada iştirak edir.Hamiləlikdə Mg çatışmazlığı zamanı əzələ yığılmaları artaraq erkən doğum baş verir.Yenidoğulmuşlarda Mg çatışmazlığı varsa bədən istilik itirir-ani ölüm baş verir.

Maqneziumun əzələ yığılmalarını və karbohidrat enerji çevrilmələrini idarə etdiyini nəzərə alsaq idmançılar üçün əhəmiyyəti böyükdür.Maqnezium çatışmazlığı olan idmançıların uğur qazanmasından söhbət gedə bilməz.

Bəs maqneziumu necə qəbul edək?

    Təbii halda maqnezium yaşıl tərəvəzlərdə (ispanaq ,şüyüd ,cəfəri və) ,meyvələrdə,paxlalılarda (lobya,noxud,mərci) ,taxıllarda, ət ,süd məhsullarında,yumurtada,şokolodda var.Lakin son zamanlar qəbul etdiyimiz qidalar təbii deyil.Qidalandıqda nəinki vitamin qəbul edirik əksinə vitamin azlığı yaranır.Antibiotik,hormon,kimyəvi toksinlər orqanizmdə toplanır.Bu da BAƏ -bioloji aktiv əlavələrdən istifadə zərurəti yaradır.

İnkişaf etmiş bir sıra ölkələrdə insanlar marketdən rahatlıqla standartlara uyğun BAƏ ala bilir.

Ölkəmizdə təlabat faydalı olan BAƏ ilə yanaşı ucuz və keyfiyyətsiz məhsulların satışı,tibb ilə əlaqəsi olmayan ticarət firmalarının çoxalmasına şərait yaradıb.Odur ki,GMP sertifikatlı (Good Manifacturing Practice) qida əlavələrinizi seçin.Seçərkən həkim və ya əczaçınızdan məsləhət alın.

 

 

Çox oxunanalar