Yay mövsümü yaxınlaşdıqca SPF vasitələr gündəmə gəlir.Bəs nədir SPF? Oriflame ilə -Günəşdən müdafiə vasitələrini öyrənək.

25 yaşdan sonra hər keçən ildə dəri öz kollagen və elastikliyini itirir.Sağlam və gənc görünmək üçün SPFdən istifadə etmək zərurəti yaranır.

 

   "Gənc dəriyə nizamlı qulluq lazım deyil","40 yaşından sonra arıqlama və fit olmaq mümkün deyil","30 yaşdan sonra baxım üçün artıq gecdir."-Ətrafımızda bir çox belə xurafatlar eşidirik.Gözəlliyin yaşı yoxdur! 25  yaşında da gözəl görünə bilərsən,40 yaşında da ,60 yaşında da.Əsas olan beynimizə yeridilən xurafatdan ,stereotiplərdən uzaqlaşıb xarici görünüşünü,bədənini sevə bilməkdir.("Kar qurbağa" olmasaq doğurdan da quyudan çıxa bilmərik ;) Gözəl dəri ,gözəl saç və dırnaqların iki sirri var :Sağlamlıq və düzgün qulluq

 

    Aralıq dənizi pəhrizi meyvə ,tərəvəz,zeytunyağı,paxlalılar, fındıq ,dəniz məhsullarından ibarət olan , qırmızı ət və şəkərin az istifadə olunduğu pəhriz növüdür.


Qidalanmanın xəstəliklərdə rolunu araşdıran  American journal of clinical nutrition Aralıq dənizi diyetinin endotel hüceyrələrə və qan təzyiqinə olan  təsiri haqda elmi araşdırma dərc etmişdir.Elmi araşdırmada 64 yaş və daha böyük olan 152 nəfər iştirak etmişdir.2 qrup 6 ay müddətində 2 müxtəlif pəhriz zamanı müşahidə edilmişdir.Hər iki qrup pəhriz ilə yanaşı gündəlik həyat fəaliyyətinə ,varsa dərmanları,qida əlavələrini də qəbul etməyə davam edir.İlk 3 ayın sonunda və 6 ayin sonunda həftənin 5 günü qan təzyiqi ölçülərək müqayisə edilir.

  Aralıq dənizi pəhrizi tətbiq edilən qrupda sistolik təzyiqin və ürək ritminin azaldığı müşahidə edilmişdir.FMD (flow mediated dilation-endotel hüceyrələrin qan təzyiqi artan zaman genişlənmə qabiliyyəti) artmışdır.Diastolik təzyiq isə  sabit qalmışdır.Bu da Aralıq dənizi pəhrizinin kardiovaskulyar-ürək damar xəstəlikləri riskini azaltdığını sübut etmişdir.

 

2 -dən səhifə 4

Çox oxunanalar