Omega 3 nədir?

 Sağlam həyat üçün ürək-damar sisteminin,mərkəzi-sinir sisteminin ,dəri və saçların sağlamlığı vacibdir.Bütün bu orqanların düzgün işləməsində rolu olan yeganə maddə Omega 3-dür.Omega 3 dedikdə uşaq vaxtı bizə içirilən balıq yağları yada düşür.

Amma balıq yağı qaynadılaraq hazırlandığına görə tərkibində çox az miqdarda omega 3 vardır.Balıq yağı əsasən A və D vitaminləri ilə zəngindir.Balıq yağı (yay aylarından başqa ) uşaqların çəkisini artırmaq-kökəltmək üçün istifadə olunur.

Omega 3 isə tərkibində çox az D və A vitamini olduğuna görə  kökəltmir,hətta dietalara daxil edilir.

Omega 6 istifadə etdiyimiz bütün yağlarda mövcuddur.Omega 3 və Omega 6 orqanizmdə olan iltihabın qarşısını alır, hüceyrəvi səviyyədə deformasiyanın qarşısını alaraq birçox xəstəliklərin yaranmasına mane olur.

Bu səbəbdən hərgün omega-3 və omega -6 daxilə qəbul etmək tövsiyə olunur.

Balıq,qoz ,kətan toxumu Omega 3 ilə zəngindir.Balıqda ağır metallar olduğuna görə hərgün balıq qəbulu məsləhət deyil.Bu səbəbdən çatışmazlıq yaranarsa qida əlavəsi kimi Omega 3-ü qəbul etmək olar.

 

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA