Tibbi zəli -Hirudo medicinalis L.- Tibbi zəli zəlikimilər sinfinə aid həlqəli qurddur.Dəri vasitəsilə tənəffüs edir.20 ilə qədər həyat sürür.Ön və arxa tərəfdə 1 ədəd sorucu hissə yerləşmişdir.Zəli heyvan ,insan qanı ilə yanaşı suda-quruda yaşayanların qanı ilə qidalanır.Tibbdə zəlinin öz kütləsindən 2-3 dəfə çox olan qanı sormaq qabiliyyətindən istifadə edilir.
Aptekdə kütləsi 1-3 q olan ac,lakin sağlam tibbi zəlilər qəbul edilir.Tibbi zəlinin tüpürcək vəzilərinin ifrazatının tərkibində polipeptidlər -trombin fermentinin ingibitoru olan hirudin ;tripsin və plazminin ingibitoru olan bdellin ;ximotripsin və katepsinin ingibitorları olan iqlinlər ,həmçinin də prostaqlindənlər vardır.
Tibbi zəlilər həkimin ciddi təyinatı əsnasında ürək-damar sistemi xəstəliklərinin,babasilin ,dəri xəstəliklərindən furunkulyozların ,psoriazın ,qırmızı qurdeşənəyinin ,xroniki ekzemanın ;əsəb xəstəliklərindən iflicin,miqrenin ,işiasın ,aterosklerozun ;göz xəstəliklərindən qlaukomanın ,həmçinin ginekoloji xəstəliklərin müalicəsində tətbiq edilir.
Tibbi zəlinin iltihab əleyhinə təsir göstərən və trombolitik təsirli "Piyavit" və "Hirudo"preparatları təklif olunur.