Bal və aspirin qarışdırın 10 dəq. üzünüzdə saxlayın.Mükəmməl dəyişikliyi müşahidə edin

Evimizdə üz üçün effektli pilinqi necə hazırlayaq?Pilinqin hazırlanması çox asandır.Sizə təklif edəcəyimiz vasitə ilə dəriniz sağlam ,parlaq və gözəl olacaq.Əvvəlcə bu maskanı qolumuzun dərisində test edirik.Gün ərzində heç bir allergik reaksiya  yaranmazsa, əminliklə üzünüzə tətbiq edə bilərsiz.

  • 1 x.q bal
  • 2 tb aspirin
  • biraz su

 Aspirini əzib şüşə kasaya tökün bir neçə damci su ilə qarışdırın.Üzərinə balı əlavə edərək təkrar qarışdırın.Təmiz üzə tətbiq edin,10 dəq sonra masaj edərək su ilə yuyun.İlk həftə 2-3 dəfə, daha sonra həftədə 1 dəfə maskadan istifadə edin.Üzünüzdəki məsamələr təmizlənəcək.Dəriniz təmiz və parlaq olacaq.

 

Çox oxunanalar