Gözəl və mükəmməl dırnaqlara sahib olun

 Dırnaqlar da saçlar kimi fiziki sağlamlıqdan xəbər verir.Evdə çox az vaxt ayıraraq daha gözəl dırnaqlara sahib olmaq olar.

  • Daha ağ-parlaq dırnaqlar üçün

  Limon dırnaqlar üçün əvəzolunmaz müalicəvi vasitədir.Dırnaqda olan sarı ləkələri təmizləyir.Tərkibində olan C vitamini ilə dırnaqlar daha tez uzanır və parlaq olur

    Resept:

  • 1/4 fincan limon suyu
  • 1/4 fincan isti su
  • 2 ç.q duz və ya soda

 Bunları bir kasada qarışdırırıq.Alınmış məhlulda dırnaqlarımızı 10-15 dəq isladırıq.Diş fırçası ilə dırnaqlarımızı fırçalayırıq.İsti su ilə əllərimizi yuyuruq.

  • Daha möhkəm dırnaqlar üçün
  •    2 yumurta sarısı
  • 1 ç.q bal

 Balaca kasada qarışdırırıq .10 dəq dırnaqlarımızı bu məhlulda saxlayırıq.Sonra  yaxşı yuyuruq.Zülal və Ca ilə qidalandığı üçün daha möhkəm dırnaqlarınız olacaq.

  • Dırnaqları nəmləndirmək və qidalandırmaq üçün 
  • 4-5 damcı lavanda yağı
  • 1 ç.q zeytun yağı
  • 1 fincan isti su

  1 kasada qarışdırırıq.10-15 dəq əllər kasada nəmləndirilir.Sonra yuyulur.Dırnaq dibləri daha hamar və yumşaq olacaq.

  •  Daha tez uzanan dırnaqlar üçün
  • 1/2 fincan bal
  • 1/2 fincan kokos yağı 
  • bir neçə damcı Lavanda yağı 

 Bir kasada bal və kokos yağını qarışdırıb azca isidirik.Üzərinə lavanda yağını əlavə edirik.10 dəq dırnaq diblərinə bu qarışıqla masaj edirik.Sonra əllərimizi yuyuruq.(Və ya gecə ərzində bu maskani saxlamaq da olar)

 

 

Çox oxunanalar