Makiyaj nədir?Qadınlar üzlərini niyə "rəngləyir"? (1)

 Bir çox qadın gözəlləşmək istəyir ,lakin makiyaj etməyin qaydasını bilmədiyini deyir.Ki, dogrudan da bilmir.Amma bilmədiyini ordan-burdan eşitdiyi yalan doğru məlumatlarla etməyə davam edir.Avtomobil idarə etməyi bilməyən bir insanın hər gün avtomobil idarə etməsi kimi..

  Hazırda satışda bir çox kremlər,BB kremlər,CC kremlər ,DD kremlər, losyonlar,makyaj əsasları gözəlləşmək üçün müxtəlif markaların möcüzəli məhsulları var.

Bir çox qadının evində nə üçün istifadə edildiyini bilmədiyi bir çox kosmetik vasitələri var. Kosmetika mağazalarına gedərək  bizə uyğun olub olmadığını bilmədiyimiz bir çox məhsul alırıq.Bu aptekə gedib bilmədiyimiz dərmanı almaq kimidir.Səhv məhsulları səhv tətbiq etdiyi üçün xəstələnmiş ,zədələnmiş üz dəriləri olan yüzlərlə insan var.

Bilməmək eyib deyil ,amma öyrənməmək eyibdir.Bəzilərinizin hər gün istifadə etdiyi kosmetik vasitələr haqqında bu qədər az məlumatlı olması çox qəribədir.

Makiyajı öyrənməzdən əvvəl makyaj və özünüzlə bağlı səhv düşüncələri beyninizdən atmalısız.Əvvəlcə şüuraltınızda olan səhv qaydalarla etdiyiniz MAKYAJINIZI SİLİN!

 Deməli bir çoxumuz əzbərlə makyaj edir: "Hmmm ,əvvəlcə tonal krem çəkilməlidir.Sonra gözaltı,sonra pudra..." Amma bir şeyi unuduruq -MAKiYAJDA SEÇİLƏN MƏHSULLAR VƏ TƏTBİQ EDİLMƏ SIRASI DƏRİNİN XÜSUSİYƏTİNƏ UYĞUN OLARAQ DƏYİŞİR. Bəzi qadınlarda tonal kremə ehtiyac yoxdur məsələn,bəzi qadınlarda mat pudra onu daha yaşlı göstərir.Bəziləri isə, heç ehtiyacı olmadığı halda üzünü tonal kremlə gipsə salınmış kimi makyaj edir.

 Makiyajdan əvvəl gözəl dəriyə sahib olmaq lazım.Bədəninizə doğru şəkildə qulluq etməlisiniz.Makiyajla sağlam olmayan dərini sağlam və gözəl göstərə bilmərik-ən bahalı kremlərdən istifadə etsək belə.Doğru makyaj vasitələrindən istifadə etmək gözəlliyin son pillələridir. Doğru seçimləri etməsəniz çəkdiyiniz zəhmət sizi gözəlləşdirməz,sadəcə gözəlləşməyə çalışan biri kimi göstərər.

 

                                                                                                                                                                                   Ardı var...

 

Çox oxunanalar