"Makiyaj"ınızı silin! Makiyajı sıfırdan öyrənək! (2)

    Bəli,makyaj haqqında əvvəl bildiklərimizi unudaq.Və sıfırdan başlayaq 

 Makyajda ilk mərhələ dərini makyaja hazırlamaqdır.Dəri təmizliyi 

Bunu hər gün TV-dan,internetdəki kanallardan,jurnal ,qəzetlərdən ,həkimlərdən eşidirik-Dərinin təmizliyi və gözəlliyi üçün bol su için.Ehtiyacınız olduğu qədər qidalanın və sağlam qidalanın.Dərini yağlandıran həddindən artıq karbohidrat və şəkərli qidalarla qidalanmayın.

Gecə yuxusunda dəri özünü yeniləyir.Bu zaman dəri təmizlənib və nəmləndirilibsə daha yaxşı yenilənmə prosesi gedir.Makyajı təmizlərkən yumşaq toxunuşlarla təmizləmək mütləqdir.Xüsusilə, heç bir əzələnin olmadığı göz ətrafını təzyiqlə silsək gözaltı göyərir ,hətta bəzən şişliklər bu səbəbdən əmələ gəlir.

Dərini yaşlandıran ən əsas səbəb Yer cazibəsidir.Digər səbəblərə günəş şüaları,qidalanmada problemlər,alkoqol ,siqaretdən istifadəni göstərmək olar.Biz bütün səbəbləri yox etsək də Yerin cazibə qüvvəsinə maneə ola bilmərik.Elə isə bu qüvvənin dərimizə bir neçə ildə göstərdiyi təzyiqi niyə makyajımızı silərkən bir dəq-də üzümüzə tətbiq edirik?!

Makyaj necə təmizlənməlidir?

Mümkünsə makyaj su ilə yuyulan vasitələrlə yuyularaq təmizlənməlidir.Duşda da bunu etmək olar.Yuduqda üzdəki makyaj qalıqları azalır və dəri yumşalır.Bu halda makyaj təmizlədiyiniz vasitə ilə tamponla yumşaq toxunuşlarla,ovmadan və dərinizi çəkmədən rahatlıqla makyajınızı təmizləyə bilərsiz.Burada ən çox təkrarlanan səhv əvvəlcə üzün kobudca silinib sonra yuyulmasıdır.

Dəri təmizliyi yalnızca yumaqdan ibarət deyil.Toniklər,yumaq üçün gellər,pilinq üçün vasitələr ,təmizləyici maskalardan istifadə edir xanımlar.Əlbəttə istifadə edə bilərsiz.Lakin doğru şəkildə edin

Məs.Duş zamanı pilinq etmək doğrudur bəli.Amma ayaq dərisi kimi sərt ovmaya ehtiyac yoxdur.Barmaqlarınızın ucu ilə pilinq etsəz ölü hüceyrələr təmizlənər.Həftədə bir dəfədən çox pilinq dərinizi zədələyə bilər.

 Toniklər dəri yuyulduqdan sonra dəridəki artıq yağ qalıqlarını təmizləyir və məsamələri daraldır.Lakin tərkibində spirt olduğu üçün gündüz istifadə edilməsi tövsiyə olunmur.

Bundan başqa digər dəri soyan maskalar və kimyəvi pilinqlər dermatoloq tövsiyyəsi olmadıqda istifadə edilməməlidir.

Gil maskaları,nəmləndirici maskalardan istifadə etmək dəriyə yaxşı təsir edir.Məs.günəş şüalarına məruz qaldığınız günlərdə mütləq nəmləndirici maskalar tətbiq etmək lazımdır.Bu dərinin soyulmasının da qarşısını alır.(Növbəti məqalələrimizdə nümunələr olacaq)

Dərini təmizləmək üçün avtomatik işləyən fırçalar da var hazırda .Əslində, üz dərisi fırçalanacaq qədər kirlənmir.Fırçaların hərəkəti daha çox üzə masaj üçün faydalıdır.Çox basmadan üzə təmas etdirmək lazım.Beləliklə fırçadakı vibrasiya qan dövranını yaxşılaşdırır.

Fırçasız barmaqlarla da üzə masaj etmək olar.Masajdan sonra dəri daha sağlam və canlı görünür.

                                                                                                                                                                                             ardı var...

 

Çox oxunanalar